lider-media.az

Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Baxış: 118 Tarix: 12-12-2024, 16:21

Dekabrın 12-də dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin (1923-2003) vəfatının 21-ci ildönümü tamam oldu.

Bu münasibətlə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının nümayəndələri də görkəmli dövlət xadimi, dahi siyasətçi, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Ziyarət zamanı Ümummilli liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi