Dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) xalqımızın böyük oğlu, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib, büstünün önünə güllər düzülüb.
Konfederasiyanın sədri Sahib Məmmədov dahi şəxsiyyətin bənzərsiz siyasi fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından danışıb, Ümummilli Liderimizin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmağın qürurunu vurğulayıb.Ulu Öndərin siyasi fəaliyyətinin mərkəzində xalqımızın sosial rifahının yüksəldilməsi, vətəndaş cəmiyyətinin inkişafının dayandığını diqqətə çatdıran Konfederasiya sədri Heydər Əliyevin həmkarlar ittifaqlarına diqqət və qayğısından söz açıb, məhz Ümummilli Liderimizin təşəbbüsü ilə qəbul olunan “Həmkarlar ittifaqları haqqında” Qanunun əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanı daha güclü ölkəyə çevirməyə nail olub. Müzəffər Ali Baş Komandanın gərgin əməyi və qətiyyəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşub, xalqımız dünyada mübariz, rəşadətli xalq kimi tanınıb.Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndərin siyasətini uğurla reallaşdırır. Bu irsi ləyaqətlə yaşadan Heydər Əliyev Fondu hazırda ən nüfuzlu mərhəmət ünvanıdır.
Sonda Sahib Məmmədov fəaliyyətini yeni çağırışlar, müasir inkişaf reallıqları əsasında yenidən quran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ulu Öndərin tövsiyələrinə uyğun olaraq, ölkəmizin tərəqqisinə bundan sonra da öz töhfəsini verəcəyini qeyd edib.




AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?