lider-media.az

Camille Jackson: Azərbaycan fərqli dinlərə mənsub insanların sülh şəraitində yaşadığı ölkədir

Baxış: 1 174 Tarix: 15-03-2024, 11:29

Mən Bakıda Qərbi Kaspi Universitetində təhsil alıram. Azərbaycan mədəniyyətini çox bəyənirəm. Zəngin tarixə malik, eyni zamanda, modern bir ölkədir. Sevinirəm ki, qış məktəbinin iştirakçısıyam. Bu, çox faydalı bir proqramdır. Biz Azərbaycanın, həmçinin layihədə iştirak edən tələbələrin təmsil etdiyi başqa xarici ölkələrin mədəniyyətlərini öyrənirik.

Bu fikirləri Qubada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin ABŞ-dan olan iştirakçısı Camille Jackson söyləyib.

O bildirib ki, Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün nümunədir.

“Biz burada məsciddə, kilsədə və sinaqoqda olduq. Ölkənizdə dini azadlıq var. Azərbaycan fərqli dinlərə mənsub insanların sülh şəraitində yaşadığı ölkədir”, - deyə Camille Jackson söyləyib.

Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən çox tələbə iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi