Mənim tanıdığım Fərman Kərimzadə
Mirzə Cəfərov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Tərəqqi” medallı.
Fərman Kərimzadə imzası bir oxucu kimimənə hələ onunla şəxsi tanışlıqdan çox-çox əvvəl məlum idi. O vaxt respublikada çıxan ədəbi-bədii jurnallarda dərc olunan bütün əsərlərini dönə-dönə oxumuşdum.Fərman Kərimzadə o illərin mən deyərdim ki, bəlkə də, ən çox oxunan yazıçılarından idi.Xüsusilə tarixi romanları əl-əl gəzirdi, maraqla oxunurdu. Onun ssenarisi əsasında çəkilmiş “Qarlı aşırım”filmi isə respublikada böyük əks-səda yaratmışdı. Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa, çox böyük populiyarlıq qazanmış yazıçı ilə şəxsən tanış olacam, aramızda çox isti bir münasibət, yaxın dostluq yaranacaq
Bu belə baş vermişdi. Rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri işləyirdim. Rayonda kənd təsərrüfatı işlərinin qızğın çağı olduğu üçün aparatda da iş qaynayırdı. Bizim şöbənin isə işi lap gərgin idi. Rayona gələn bütün qonaqlar-müxbirlər, televiziya işçiləri, incəsənət ustaları, mühazirəçilər bizim şöbədən istiqamətlənirdi. Belə gərgin bir vaxtda rayonumuza ilk dəfə gəlmiş Fərman Kərimzadəni müşaiyət etməyi birinci katib şəxsən mənə tapşırmışdı.
İlk baxışdan mənim üşün qaradinməz, ciddi görünən Fərman müəllim, sən demə, çox söhbətcil, səmimi və sadə bir insanmiş. Geriyə daranmış gur sıx saçları, enli, lopa bığları onun simasına xüsusi bir yaraşıq verirdi. Ən maraqlısı bu idi ki, onu kiməsə təqdim etməyə ehtiyac qalmırdı. Onu televiziya ekranlarında çox görmüşdülər, əl-əl gəzən kitablarındakı şəkillərinə dönə-dönə baxmışdılar. Ona görə də yazıçını görən hər kəs tanıyır, onun əlini sıxmaq, bir az da yaxından ünsiyyətdə olmaq istəyirdi. Hiss edirdim ki, elə Fərman müəllim də belə ayaqüstü söhbət və görüşlərdən çox məmnun qalır.
Fərman müəllimin rayona gəlişi xeyirxah məqsəd daşıyırdı. Rayonun əmək adamlarından, qabaqcıllarından respublikada dərc olunan ədəbi qəzetlərdən biri üçün yazı sifarişi almışdı. Birlikdə həmin illərdə rayonumuzda qabaqcıl təsərrüfatlardan birinə yollandıq. İxtisasca aqranom, gənc olsa da işgüzarlığı ilə ad qazanmış xanım sədr bizi mehribanlıqla qarşıladı, başçılıq etdiyi təsərrüfat haqqında ətraflı məlumat verdi.
Təsərrüfatda təkcə bu kolxozdan deyil, rayonda, hətta respublikada tanınan pambıqçılar, mexanizatorlar çalışırdı. Çoxusu da yüksək ordenli, medallı. Onlarda görüşlər, söhbətlər Fərman müəllimin üzünə xoş bir təbəssüm vermişdi. Az-çox, bir yaradıcı adam kimi, hiss edirdim ki, Fərman müəllimin qələmə alacağı yazı üçün kifayət qədər təsərrüfatı var.
Təsərrüfatla tanışlığın, onun qabaqcıl əməkçilıri ilə bir-iki saatlıq görüşlərin necə başa çatdığından xəbərimiz olmadı. Son görüş sədrin kabinetində oldu. Xanım sədr onların təsərrüfatına gəldiyi üçün Fərman müəllimə bir daha razılığını bildirdi. Qonaqpərvərlikdə evlərinə dəvət etdi. Yazıçının hər dəfə gəlişinə ürəkdən şad olacaqlarını söylədi.
Vaxt məhdudluğundan Fərman müəllim də öz növbəsində minnətdarlığını bildirdi, uğurlar arzuladı. Ayrılanda sədr məni bir-iki dəqiqəliə saxlayıb, əlindəki zərfi qonağa bildirmədən mənə uzatdı.
--Qonağımız olmadınız,sağlığ olsun. Onda bunu qəbbul edun, özünüz harada istəsəniz, bir tikə çörək kəsərsiniz.
Axşamtərəfi bir qədər dincəlmək üçün Fərman müəllimlə əyləşib çay içirdik. Sədrin təşəbbüsü barədə qonağa məlumat verdim və zərfi ona təqdim etdim. Fərman müəllim çox təəccübləndi. Zərfi tərəddüdlə aldı. Bildirdim ki, sədr gənc qızdır. Haradasa bizimlə əyləşib bir tikə çörək kəsməyə, nədənsə utandı. Ona görə belə məsləhət bildi.
Fərman müəllimin simasında yaranmış dəyişikliyi dərhal duydum. Onun qalın qaşları bir az da, sıxlaşmışdı.
-Müəllim mən sədrdən də, rəhbərlik ediyi kolxozun əməkçilərindən də çox razı qalmışam. Belə adamlarla dağı-dağ üstə qoymaq olar. Onlar hər cürə tərifəlayiqdirlər. Biz qələm sahiblərinin də borcu onların hünərini layiqincə vəsf etməkdir. Çox xahiş edirəm, bu zərfi sədrin özünə qaytarasınız. Bilirsiniz, mən bu zərfi götürədə bilərəm, ancaq o, hər dəfə məni televiziya ekranlarında görəndə, yəqin ki, deyəcək, ona ... manat vermişəm. Xahiş edirəm qaytarasınız.
Kabinetə qayıdan kimi, xanım sədrə zəng vurdum. Elə Fərman müəllimin yanında qonağımızın hər şeydən razı qaldığını, zərfə isə ehtiyac olmadığını çatdırdım. Telefonda sədrin təəccüblə dediyi sözləri, deyəsən Fərman müəllim özü də eşitdi.
-Sən demə, belələri də varmış ... Halal olsun.
İki-üç həftə sonra qəzetdə Fərman Kərimzadənin rayonumuzun əmək qəhrəmanlarından bəhs edən geniş və məzmunlu oçerki dərc olundu. Yazı rayonda çox maraqla qarşılandı.
Fərman müəllimlə xoş münasibətlərimiz uzun illər davam elədi. Zəngləşirdik, hər dəfə Beyləqan, İmişli rayonlarına yolu düşəndə, mütləq Biləsuvarda görüşür, söhbətləşirdik.
Hansı il olduğunu xatırlamıram. Ancaq Fərman müəllimin Biləsuvar rayonuna ilk səfərindən bir, ya iki il sonra idi. Mərkəzi Komitənin xətti ilə ideoloji işçilərin seminar – müşavirəsində mən də işirak edirdim. Bir gün fasilə zamanı qonşu rayonların birindən olan həmkarım dedi:
--Axşam Fərman Kərimzadə ilə bir yerdə idik. Sizi də soruşdu, salamlarımı yetirməyi xahiş etdi və bildirdi ki müəllimdə amanat olmalıdır, gəlib bizə bir qonaqlığ versin...
Mən dərhal söhbətin nədən getdiyini tutdum. Əlbətdə, bu, ərkyana bir zarafat idi. Digər tərəfədən bu hörmət bəslədiyimiz qələm sahibi ilə görüş üçün axşı bəhanə idi. Elə həmin axşam dəniz kənarında üç dost əyləşib çörək kəsdik, xeyli shbət etdik.
Fərman Kərimzadə kimi qüdrətli söz adamını itirmək bütün qələm dostları, çoxsaylı oxucuları və ədəbiyyatımız üçün çox ağır itgidir. Fərmanın odlu alovlü ürəyində yazıb-yaratmaq, gələcək nəsillərə yadigar qoymaq üçün yetərincə mövzular vardı. Hər biri öz vaxtını, necə deyərlər, öz məqamını gzləyirdi. Çox heyf! Onun nəcib arzularla döyünən ürəyi vəfasız çıxdı. Biz Fərman Kərimzadəni itirdik. Vaxtsız əcəl onu bizdən cismən ayırdı. Dostlarının qəlbində yaşayan şirin xatirəsi isə həmişə ürəklərdədir.
*** *** *** *** *** *** *** ****
İdarəetmə işində çalışdığım uzun illər ərzində çox adamlarla rastlaşmışam.Əsasən də mərkəzdən ---paytaxtımızdan gələn qonaqlarımız daha çox olurdu.Əslində isə qonaq-qarasız günümüz olmurdu. Çalışdığım təbliğat və təşviqat şöbəsi isə belə görüşlərin, söhbətlərin, müxəlif tədbirlərin təşkilatçısı idi. Növbəti qonaqlarımızdan biri ilə məzəli bir əhvalat baş vermişdi. Əhməd adlı orta yaşlı dil-dil ötməyi sevən bu şəxs foto-reportyor idi.Və mərkəzdə nəşr olunan jurnallardan birində əməkdaşlıq edirdi.
Qeyd edim ki, mərkəzi mətbuatda çalışan qələm sahibləri arasında çoxlu doslarımız da vardı. Dəfələrlə rayonumuzda ezamiyyətdə olmuşdular, tanışlıq yaranmışdı. Əhmədin isə foto-müxbir kimi rayonumuza ilk gəlişi idi. Onu da necə deyərlər, səmimi qarşıladıq. Hansı sahələrlə maraqlandığını soruşduq. Yaradıcılıq proqramı ilə tanışlıqdan sonra, sabahı gün üçün işi planlaşdırdıq. Əhmədin rayona gəlişi günün ikinci yarısına – işin sonuna təsadüf edirdi. Ona görə də qonağı mehmanxanada yerləşdirdik. İşdən sonra qonaqla əyləşib bir stəkan çay içmək üçün yaxşı imkan yaranmışdı. Əhməd isə çay stolu arxasında dil boğaza qoymurdu.
Respublikamızda foto işinin 3-4 yaxşı sənətkarlarından biri mənəm. Çoxları bu sənətdə elə-belə başlarını fırlayır. Onların fotolarına baxanda adamın gülməyi gəlir.Belə foto-müxbirlik olar?!
Mən qonağımızı səbrlə dinləyir, arada gülümsəyir, söhbətin davamına qulaq asırdım. Əslində həmin illərdə respublika mətbuatında çox tanınmış, peşəkar, uzun illər bu sənətə can qoymuş foto-müxbirlər var idi. Onların çoxunu yaxşı tanıyırdım. Dəfələrlə rayonumuzda olmuşdular, yadda qalan foto nümunələr yaratmışdılar, qəzetlərdə dərc olunmuşdu.
Əslində ev sahibi kimi, mənim də Əhmədin sənəti üzrə peşəkarlığına heç bir şübhəm və iradım yox idi, ola da bilməzdi. Çünki onu ilk dəfə görürdüm.Əhməd isə danışdıqca sanki coşur, təvəzökarlıqdan uzaq olsa da, özünə tərif verir, sənəti ilə seçilən həmkarlarını “yıxıb-sürüyürdü”...
Hələ biri var Yusif adlı. Onun foto işindən heç xəbəri yoxdur. Çəkdiyi fotolar isə gülüş doğurur... Gəl bizdən öyrəndə... Mən isə özündən razı qonağın xətrinə dəymədən, onun təvəzökarlıqdan uzaq nitqinə gülə-gülə qulaq asırdım.
Haşiəyə çıxaraq onu qeyd edim ki, Biləsuvarda bizim ailəni jurnalistlər ailəsi kimi tanıyırdılar. Bu soyadı daşıyanların 4 nəfəri Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əhmədin isə bəənmədiyi mənim böyük qardaşım idi (indi dünyasını dəyişib). Yaşlı qələm sahibləri onu yadda qalan fotoları ilə yaxşı xatırlayırlar. Əhmədə heç nə deməib, nitqinə səbrlə qulaq asdım. Səhəri onu aparat işçilərindən biri ilə şəkil çəkməyi arzuladığı peşə məktəbinə yolladım. Direktordan işləmək üçün hər bir şəraitin yaradılmasını xahiş etdim. Əhməd istədiyi qədər kadrlar çəkə bilmişdi. Sonda direktor onu çay içməyə dəvət etmişdi. Elə hər şeydə bundan başlamışdı. Çay süfrəsi zaman söhbət nədənsə, mənim üstümə gəlib çıxmış, Əhməd çox razılığını bildirmişdi. Direktorun söylədikləri isə az qala qonağın ayaqlarını yerdən üzmüşdü.
-Onlar ailəlikcə mətbuata bağlı adamlardır. Böyük qardaşı Yusif Cəfərov respublikanın tanınmış fotoqraflarından sayılır. Hər gün dərc olunur. Tanımamış olmazsınız...
Kabinetimdə başım işə qarışmışdı. Növbəti tədbiri planlaşdırırdım. Birdən qapı açıldı. Əhməd içəri daxil oldu. Salamsız -kəlamsız məni qınamağa başladı.
---Ay müəllim, Sizdən inciyirəm. Niyə mənə demirsiniz ki, Yusif Sizin qardaşınızdır...
Əhməd bir qədər pörtmüşdü. Üzünün rəngi dəyişmişdi. Pərtliyini gizlədə bilmirdi. Mən bu pərtliyi aradan qaldırmağa çalışdım...
--Əhməd müəllim, bütün bunlar olan şeylərdir. Növbəti obyektə getməyə hazırsınızmı?!
Qonağın qalın qaşları çatılmışdı və üzümə qəribə hisslərlə baxırdı...