lider-media.az

Qanunsuz balıq ovu hallarını aşkarlamaq üçün reydlər davam edir

Baxış: 213 Tarix: 5-09-2025, 16:04

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayənədələri Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə sentyabrın 3-də Abşeron rayonunun “Novxanı bağlar massivi” adlanan ərazisində qanunsuz balıq ovu ilə bağlı reyd keçiriblər.

Reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan Vüsal Nəcəf oğlu Nəcəfquluzadə və Tərlan Əliyulla oğlu Səttarov müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan sintetik tor vasitəsilə ovlanmış 90 ədəd külmə və 3 ədəd çapaq balığı, həmçinin istifadəsi qadağan edilmiş qanunsuz ov vasitələri götürülüb.

Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam edir.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi