Bəhreyn Krallığı nümayəndələr şurasının üzvləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycanda səfərdə olan Bəhreyn krallığı nümayəndələr şurasının baş katibi Məhəmməd İbrahim Aisisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, tər güllər düzüblər.
Nümayəndə heyəti, sonra Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis aparat rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər müşayiət ediblər.