Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları nəzərə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində bu fenomenal şəxsiyyətin mühüm roluna toxunub. Bildirib ki, bugünkü güclü, inkişaf etmiş, qalib Azərbaycan Heydər Əliyevin şah əsəridir. Görkəmli dövlət xadiminin əsasını qoyduğu mükəmməl idarəçilik konsepsiyası ilə ölkəmizin iqtisadi, hərbi uğurlar qazandığını deyən Abdin Fərzəliyev Qarabağın azadlığını, işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işlərini məhz Heydər Əliyevin müdrik siyasəti, bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi ilə əlaqələndirib. İcra başçısı öz xalqı üçün misilsiz işlər görən Ulu Öndərin hafizələrdən heç zaman silinməyəcəyini, hər zaman hörmətlə yad olunacağını söyləyib, eyni zamanda onun adını daşıyan Heydər Əliyev Fondunun humanitar istiqamətli fəaliyyətini, ölkənin sosial-iqtisadi inkişafında gördüyü mühüm işləri diqqətə çatdırıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğulayıb. Millət vəkili Heydər Əliyevin Azərbaycanın beynəlxalq siyasi və iqtisadi təşkilatlarla əməkdaşlığının qurulmasına nail olaraq ölkəmizi dünyada tanıtdığını deyib, həmçinin tarixi şəxsiyyətin ordu quruculuğu istiqamətində gördüyü mühüm işləri sadalayıb. Məhz Ulu Öndərin imzası ilə reallaşan “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi baxımdan güclənməsinə, hərbi potensialını artırmasına və Qarabağın azad olunmasına gətirib çıxardığını qeyd edən Vüqar Rəhimzadə Ümummilli Liderin Azərbaycanı parçalanmadan, dərin siyasi və iqtisadi böhrana yuvarlanmadan qorumasını xalqımız qarşısındakı misilsiz xidməti adlandırıb.
Sonda YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxış edərək Heydər Əliyevin unikal şəxsiyyət, güclü iradə sahibi və siyasət ustası kimi böyük heyranlıq yaratdığını, mükəmməl xarici, həmçinin daxili siyasətinin Azərbaycana qazandırdığı uğurların qürurverici olduğunu deyib. O, Azərbaycanı qüdrətli dövlətə, beynəlxalq auditoriyalarda söz sahibinə çevirən Heydər Əliyevin həyatının çağdaş gəncliyə və bütün gələcək nəsillərə örnək olacağını vurğulayıb.


Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyası (YAP) Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.



ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
VII çağırış Milli Məclisə seçilmiş deputatlarımızın siyahısı
Vətən müharibəsinin 36-cı günü: Düşmənin hərbi mövqelərinə zərbələr, qələbəyə doğru irəliləyiş
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
Vətən müharibəsinin 35-ci günü: Zəfərə aparan yolda qətiyyət və mübarizə
Anddan Zəfərə uzanan iyirmi üç il — güclü Azərbaycanın tarixi yolu
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
Media və Yayım Şurasında Azərbaycan-Liberiya media əməkdaşlığının genişləndirilməsi vurğulanıb
Ağdam şəhərinin və Xocavəndin Quzeyxırman kənd sakinləri doğma yurdlarına qovuşub
Ölkə ərazisində 2026-cı il noyabr ayına olan hava proqnozu
Oktyabrın 31-də gözlənilən hava şəraiti
Nazir Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edəcək
Həyat - qorunmalı ən böyük nemət, yaşadılmalı ən ali dəyər
Ceyhun Bayramov TDT-nin 13-cü Zirvə görüşündə iştirak edir
"Azərbaycan-Gürcüstan əməkdaşlığı tərəfdaşlığın əsas sütunlarındandır" - Kobaxidze
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
Əli Əsədov İrakli Kobaxidze ilə görüşüb
Oktyabrın 30-u saat 9:00-a olan faktiki hava

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb