lider-media.az

Milli Məclisin deputatları Türkiyədə və İspaniyada səfərdə olacaqlar

Baxış: 234 Tarix: 5-12-2024, 16:56

Dekabrın 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və deputat Məlahət İbrahimqızı Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.Deputatlar burada Beynəlxalq İnkişaf və Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək “Naxçıvan Muxtar Respublikasının 100 illiyi” və “Qərbi Azərbaycana qayıdış siyasəti” adlı tədbirlərdə iştirak edəcəklər.

Dekabrın 8-də isə deputat Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrıseçkiliyə qarşı 4-cü Qlobal Forumda iştirak etmək üçün İspaniyanın Barselona şəhərinə yola düşəcək.Forumda irqçiliklə mübarizə, gender bərabərliyi, sülh, ədalət və inklüziv siyasət kimi mövzularda müzakirələr aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi