lider-media.az

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tələbələrlə görüş keçirib

Baxış: 258 Tarix: 3-12-2024, 13:32

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının iştirakı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində əməkdaşlar “Azərbaycanda iqlim dəyişmələri fəaliyyətləri” mövzusunda çıxış edib. Tələbələrə dünyanı narahat edən qlobal problemlərdən biri olan iqlim dəyişmələri, ətraf mühitə mənfi təsirlər göstərən istixana qazlarının emissiyalarının dünya miqyasında sürətli artımı və Azərbaycanın da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmadığı barədə məlumatlar verilib.
Görüş zamanı Bakıda yüksək səviyyədə təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti, uzun müzakirələrdən sonra əldə olunan mühüm nəticələr tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Sonda gənclərlə mövzu ətrafında geniş müzakirələr aparılaraq, onlara ətraf mühitin qorunması və mühafizəsi sahəsində görülən işlərdə hər birinin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi