lider-media.az

AHİK nümayəndələri Düşənbədə beynəlxalq tədbirdə iştirak ediblər

Baxış: 229 Tarix: 2-12-2024, 16:34

Noyabrın 27-28-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Həmkarlar İttifaqları Şurası üzvləri üçün Beynəlxalq Əmək Təşkilatının (BƏT) seminarı keçirilib.Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Monqolustanın həmkarlar ittifaqlarının nümayəndələri ilə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyev və AHİK sədrinin müşaviri Fuad Ələkbərov da iştirak edib.Seminarda əmək miqrasiyasının meyilləri və çağırışları, əmək miqrantlarının sosial müdafiəsi məsələləri, həmçinin iqtisadi inkişaf və böhran vəziyyətinə effektiv yanaşmalar müzakirə olunub.Ekspertlər və BƏT nümayəndələri Mərkəzi Asiyada əmək miqrasiyasının əsas tendensiyaları və çağırışlarını təqdim ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi