lider-media.az

Səfir: Azərbaycan və Xorvatiya strateji tərəfdaşlardır

Baxış: 300 Tarix: 12-03-2024, 16:43

Azərbaycan və Xorvatiya strateji tərəfdaşlardır. İki ölkə arasında münasibətlər son illərdə daha da inkişaf edib. Xorvatiya Azərbaycanı strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında özünün mühüm tərəfdaşı hesab edir. İki ölkə arasında Bəyannamə 2013-cü ildə Prezident İlham Əliyevin Zaqrebə rəsmi səfəri çərçivəsində imzalanıb.

Bunu Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışı zamanı deyib.

"Bu gün bizim Azərbaycan-Xorvatiya biznes forumunda əməkdaşlığımızın bir sıra sahələrində mövcud olan böyük potensial haqqında geniş müzakirə aparmaq imkanımız var. Ölkələrimiz arasında enerji, iqtisadiyyat, mədəniyyət, elm-texnologiya, təhsil sahələrində inkişaf etmiş əlaqələr mövcuddur. Forumun mövcud əlaqələrin və gələcəkdə qurulacaq ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə inanıram", - deyə Anar İmanov əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi