lider-media.az

  “Murov Aslanı”

Tarix: 2-12-2024, 11:52

 

Şanlı tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq  mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı,  şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.   İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.

Vətəni canı bahasına qoruyan daha bir qəhrəmanımız haqqında danışacağıq.  Vətən müharibəsi şəhidi Azərbaycan ordusunun   mayoru Rzayev İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilinə 1990-1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995-2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə yiyələnib. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alıb.

İlkin 2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlib. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib. 2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olub.

İlkin  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak edib və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. Murovdağ istiqamətində döyüş zamanı, hərbi hissənin döyüş hazırlığına rəhbərlik edib, həmin döyüşlər əsnasında özünə tapşırılan istiqamətdə vəziyyəti tam ələ alıb, qəhrəmancasına döyüşüb.

Silah yoldaşları arasında "Murov Aslanı" kimi tanınan mayor İlkin Rzayev Murov yüksəkliyinin alınmasında böyük şücaət göstərərək, bizə qələbə sevincini yaşadıb. İrəli getməyə çalışan digər dəstənin mühasirəyə düşdüyünü görən kimi köməyə gedib və 2020-ci ilin oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. 60 gün itkin kimi bilinən şəhidimiz 2 ay qar altında qalıb və nəhayət tapılaraq ailəsinə təhvil verilib. Əsgərləri onun haqqında ağızdolusu danışırlar. Söyləyirlər ki, Murovdağ istiqamətində mühasirəyə düşdük. Mayorla aramızda 2-3 km məsafə olardı. O, bizim mühasirədə olduğumuzu müşahidə məntəqəsindən görüb, silahını götürərək köməyə gəlib. Ora yetişəndə, zabit heyətindən sağ qalan olmadığını görüb. Mühasirədə olan 30-40 əsgəri xilas edib.Təkbaşına düşmənlə mübarizə aparan mayor Rzayevin döyüş bacarığından təlaşa düşən düşmən snayperçiləri onun olduğu mövqeyi atəşə tutub və mərmi boğazına tuş gəlib.Mayor İlkin Rzayev İkinci Fəxri xiyabanda dəfn edilib, iki övladı yadigar qalıb. Müharibəsinin şəhidi İlkin Rzayevin şəxsi əşyaları ailəsi tərəfindən təhvil verilib.

Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Prezident İlham Əliyevin Sərəncamlarına əsasən İlkin Rzayev ölümündən sonra “Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.Bu gün  Əsədin ruhu şaddır. Azərbaycan Vətən müharibəsində sanlı qələbə qazanmaqla  ərazi bütövlüyünü bərpa etdi. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır. 

Lider-Media.az

                                                                


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi