lider-media.az

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının məbləği

Baxış: 79 Tarix: 27-11-2024, 13:35

yasayis-minimumu-ve-ehtiyac-meyarinin-meblegi-bu-qeder-olacaq

Azərbaycanda 2025-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu 285 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat müəyyən edilir.

Lider-Media.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb. Qeyd edək ki, 2023-cü ildə yaşayış minimumu 246 manat, bu il 270 manat idi. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi