lider-media.az

Adil Kərimi Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib

Baxış: 118 Tarix: 27-11-2024, 09:56

Xəbər verdiyimiz kimi, 26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçirilir. Builki forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.Noyabrın 26-da forumun açılış mərasimindən sonra “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən etibarən Sivilizasiyalar Alyansının da tərəfdaşlığı ilə ölkəmizdə altı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi