Lider-Media.az qurumun Məbuat Xidmətinə istinadən bildirir ki,Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün Portuqaliyaya səfərə yola düşür.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Şeyxülislam A.Paşazadə Portuqaliyanın Kaşkai şəhərində 26-27 noyabr tarixlərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının «Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək, «Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq» mövzusunda ilk plenar toplantısında və «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxışlar edəcəkdir.BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş 10-cu Qlobal Forumda BMT-nin Baş Katibi Antonio Qutteriş iştirak edəcəkdir.
Noyabrın 27-də Şeyxülislam A.Paşazadə Lissabonda baş tutacaq KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edəcəkdir. Şeyxülislam A.Paşazadə Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvüdür.