lider-media.az

İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüş keçirilib

Baxış: 76 Tarix: 22-11-2024, 17:16

Lider-Media.az xəbər verir ki,İsrail ilə sosial-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və tranzit sektorunda birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Reqevlə görüşüblər.Görüşdə sosial-iqtisadi, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və tranzit sektorunda birgə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları, innovasiyalar sahəsində tərəfdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrinə, işgüzar dairələr arasında əlaqələrin, humanitar və  digər istiqamətlərdə əməkdaşlığın təşviqinə dair fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi