lider-media.az

Regionlarda əməyin mühafizəsi üzrə tədbirlər keçirilir

Baxış: 473 Tarix: 22-11-2024, 14:56

Lider-Media.az xəbər verir ki,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) əməyin mühafizəsi mövzusunda zona seminarı təşkil edib.Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən tədbirdə Quba, Qusar, Siyəzən və Şabran rayonlarında fəaliyyət göstərən üzv təşkilatların həmkarlar ittifaqı sədrləri və əməyin mühafizəsi üzrə mütəxəssislər iştirak ediblər. ASİHİB-nin şöbə müdiri Anar Tağıyev və texniki əmək müfəttişi Ramiz Hacıyev “Yanğından mühafizə” və “İş yerlərində təhlükələr” mövzusunda təşkil edilən təlimlərlərdə təhlükəli hallar zamanı görüləcək tədbirlər haqqında daşıblar.Həmçinin tədbir çərçisində Quba rayonunda yerləşən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda əməyin mühafizəsi ilə bağlı monitorinq keçirilib və bu sahədə məsul şəxslərə təlimatlar verilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi