lider-media.az

Azərbaycanın xarici işlər naziri misirli həmkarı ilə regional məsələləri müzakirə edib

Baxış: 20 Tarix: 21-11-2024, 15:50

Noyabrın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Misir Ərəb Respublikasının xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdelati arasında telefon danışığı aparılıb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Misir arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində əlaqələndirmə işlərinin təkmilləşdirilməsi, ölkələrimizin maraqlarına daxil olan istiqamətlərdə birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında aparılan müzakirələr, qlobal əhəmiyyətli bu tədbirin iqlim dəyişmələri ilə mübarizə sahəsində rolu və yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi