lider-media.az

Taleh Qaraşov Vətən müharibəsi şəhidiƏflatun Fərəcovun məzarını ziyarət edib

Baxış: 204 Tarix: 21-11-2024, 13:12

 

Lider-Media.az xəbər verir ki, noyabrın 21-də Vətən müharibəsi şəhidi Fərəcov Əflatun Mircahangir  oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri Vətən müharibəsi şəhidi Fərəcov Əflatun Mircahangir oğlunun Osakücə kənd qəbristanlığındakı məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar, ruhuna dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhid ailəsinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

       


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi