lider-media.az

Taleh Qaraşov Vətən müharibəsi şəhidi Kamran Səmədovun məzarını ziyarət edib

Baxış: 269 Tarix: 31-10-2024, 19:14

Lider-Media.az xəbər verir ki, oktyabrın 31-də Vətən müharibəsi şəhidi Səmədov Kamran Ceyhun oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı  Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri Vətən müharibəsi şəhidi Səmədov Kamran Ceyhun oğlunun Liman şəhər qəbristanlığındakı məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar, ruhuna dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
 

 Şəhid ailəsinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi