lider-media.az

Taleh Qaraşov Vətən müharibəsi şəhidi Ülfət Babazadənin məzarını ziyarət edib

Baxış: 449 Tarix: 20-11-2024, 16:02

Lider-Media.az xəbər verir ki,noyabrın 20-də Vətən müharibəsi şəhidi Babazadə Ülfət Qabil oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri Vətən müharibəsi şəhidi Babazadə Ülfət Qabil oğlunun Daşdatük kənd qəbristanlığındakı məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar, ruhuna dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb. Şəhid ailəsinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi