lider-media.az

Baş Prokurorluqda “Dövlət qulluğunda qanunvericiliyin tətbiqi və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib

Baxış: 259 Tarix: 6-03-2024, 20:04

Martın 5-də Baş Prokurorluğun Kadrlar idarəsi və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan, dövlət qulluğunda çalışan işçilər üçün “Dövlət qulluğunda qanunvericiliyin tətbiqi və korrupsiyaya qarşı mübarizə”  mövzusunda təlim keçirilib. 

Qarışıq formatda keçirilən və 229 nəfərin dinləyici qismində cəlb olunduğu təlimin məqsədi Baş Prokurorluqda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları, dövlət qulluğunda etik dəyərlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qulluqçularının vəzifə və öhdəlikləri ilə bağlı müvafiq maarifləndirmə işinin aparılmasından ibarət olub.

Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov tədbirin açılışını edərək, müasir Azərbaycan prokurorluğunda dövlət qulluqçularının rolu barədə iştirakçılara geniş məlumat verib. Daha sonra çıxış edən Baş Prokurorluğun əməkdaşları “Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qulluqçularının vəzifə və öhdəlikləri”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları” və “Dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi” mövzularından bəhs ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi