lider-media.az

Baş Prokurorluqda dövlət qulluqçuları üçün təlim təşkil edilib

Baxış: 260 Tarix: 14-02-2024, 18:51

 Fevralın 13-də Baş Prokurorluqda “Dövlət qulluğunda qanunvericiliyin tətbiqi və korrupsiyaya qarşı mübarizə”  mövzusunda təlim keçirilib.

  Hibrid formatda keçirilmiş təlimdə Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov tədbirin açılış nitqi ilə çıxış edərək, Azərbaycan prokurorluğunda həyata keçirilən müasir məzmunlu kadr siyasəti çərçivəsində dövlət qulluqçularının fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də reallaşdırılan digər tədbirlər barədə iştirakçılara geniş məlumat verib. 

  Təlim zamanı “Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qulluqçularının vəzifə və öhdəlikləri”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları” və “Dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi” mövzularında çıxış və təqdimatlar edilib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi