lider-media.az

Jelyazkov: Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə qoşulmaq niyyətindədir

Baxış: 716 Tarix: 4-03-2024, 14:54

Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə qoşulmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə söyləyib.

Rosen Dimitrov Jelyazkov Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayıb, iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd edib. O, həmçinin ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb.

Bolqarıstan parlamentinin sədri, eyni zamanda, ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi