lider-media.az

AHİK-in üzv təşkilatı ASİHİB-nin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Baxış: 386 Tarix: 5-11-2024, 12:08

Lider-Media.az xəbər verir ki,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) “Zəfər” bayramı ərəfəsində şəhid ailələirini ziyarət edib. Bu dəfə Saatlı rayonunda qeydiyyatda olan 37 şəhid ailəsinə baş çəkilib, qayğıları dinlənilib.

Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Elnur Atayev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən, tarixi Qələbənin əhəmiyyətindən, əsgər və zabitlərimizin rəşadətindən danışıblar.

Şəhid ailələri dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara xüsusi diqqətindən məmnunluqla söz açıblar.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi tərəfindən hər bir şəhid ailəsinə sovqatlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi