lider-media.az

Səhiyyə sahəsində çalışan gənc həmkarlarla yeni layihəyə start verilib

Tarix: 30-10-2024, 10:26

Lider-Media.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Gənclərlə iş üzrə komissiyası tərəfindən bacarıqlı gənc həmkarlarla yeni layihəyə start verilib.

Gənclərin həmkarlara daha sıx cəlb edilməsi istiqamətində həyata keçirilən layihə çərçivəsində ilkin olaraq 1 saylı Bakı Tibb Kolleci və 2 saylı Bakı Baza Tibb Kollecinin tələbələrinə master-klass təlimləri keçilib.Sonra Tibb Universiteti Tələbə Həmkarlar Komitəsi, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsi və Bakı şəhər Rayon Şuralarının gənc üzvləri də bu layihəyə qoşulublar. Oktyabrın 25-dən həyata keçirilməsinə start verilən yeni layihənin məqsədi gənclərin yaradıcılıq imkanlarını artıqmaqla yanaşı, həm də onlarda komanda işinin, vərdişlərinin aşılanmasıdır.

Qeyd edək ki, layihəyə indiyədək 120 nəfər gənc həmkar üzv qoşulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi