lider-media.az

     Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl enerji məşvərət şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilir

Baxış: 97 Tarix: 1-03-2024, 10:25

      Toplantıya Azərbaycan və Avropa İttifaqı  daxil olmaqla  23 ölkə,  6 Beynəlxalq Təşkilat, 44 şirkət qatılacaq. Mötəbər tədbirdə  Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası, Cənub Qaz Dəhlizi sessiyası, Gələcəyə baxış  və COP29  fonunda yaşıl enerji,  bərpaolunan enerjinin imkanlarından istifadə mövzularında plenar müzakirələr davam edəcək.  Məşvərət Şurası çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləir arasında  yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində  strateji tərəfdaşlıq haqqında sazişin  icrası məqsədilə nazirlərin 6-cı iclası və  dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə  Azərbaycan Avropa İttifaqı dəyirmi masası keçiriləcək. Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlərin imzalanması nəzərdə tutulur. 

     Qeyd edək ki, Cənub Qaz Dəhlizi  Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı  2015-ci ilin  fevral ayından etibarən keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi