lider-media.az

Əhməd Rəcəbli küçəsinin daha bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO

Baxış: 492 Tarix: 24-10-2024, 14:22

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.

Bu tədbirlər çərçivəsində Əhməd Rəcəbli küçəsinin Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək olan 850 metrlik hissəsində aparılan təmir işləri yekunlaşıb. Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
 Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Lider-Media.az




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi