lider-media.az

Paytaxtın Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub

Baxış: 164 Tarix: 14-09-2024, 14:44

Məlum olduğu kimi, qarşıda mötəbər bir tədbirə-COP 29-a  ev sahibliyi edəcək paytaxtımızda ciddi hazırlıq işləri davam edir. Bu məqsədlə məsul qurumlar gərgin iş şəraitində çalışaraq nəzərdə tutulan işlərə ciddi hazırlaşırlar.

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması  istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. Bu çərçivədə Yasamal rayonu, Miкayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək olan hissəsi üzrə aparılan təmir işləri yekunlaşıb. Sözügedən hissəinin uzunluğu 810 metr, ortalama eni isə 20 metr təşkil edir. 

Təmir işləri çərçivəsində küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, frezlənmiş ərazi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Ardınca isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib. Küçənin sözügedən hissəsi müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir. 

                        Lider-media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi