lider-media.az

Rahat gediş-gəlişinin təmin olunması üçün təmir işləri davam etdirilir

Baxış: 191 Tarix: 8-10-2024, 10:11

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işlərinin icrası davam etdirilir.

Bu çərçivədə Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20-23-cü km-lik hissəsində təmir işləri davam etdirilir.  

AzərbaycanAvtomobilYolları DövlətAgentliyindən Lider-Media.az-a verilən məlumata görə,təmir işləri çərçivəsində KövkəbSəfərəliyevaküçəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və küçəyə yeni asfalt-beton örtüyü döşənib. 

Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20-23-cü km-lik hissəsində isə frezlənmə işləri icra olunub. Hazırda ərazidə asfaltlanma işləri davam etdirilir.

Qeyd edək ki, təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.

YOLUNUZ AÇIQ OLSUN..

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi