lider-media.az

Sergey Lavrov Türkiyəyə səfər edəcək

Baxış: 495 Tarix: 28-02-2024, 15:59

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, Sergey Lavrov martın 1-3-də Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.

Zaxarovanın sözlərinə görə, rusiyalı nazir Türkiyə XİN-in başçısı ilə danışıqlar aparacaq. Tərəflər Cənubi Qafqazda, Ukraynada, Suriyada, Liviyada vəziyyəti, habelə Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi