Füzulinin işğaldan azad olunması ilə tarixə düşən 17 oktyabr artıq ölkəmizdə Füzuli Şəhəri Günü kimi qeyd edilir.Lider-Media.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev paylaşım edib.
"Ali Baş Komandanın əbədiləşdirdiyi bu tarix keçmişlə gələcək arasında bir körpü yaradır. Elə bir körpü ki, qəhrəman və tərəqqipərvər xalqımızı daha sıx tellərlə birləşdirir, işıqlı gələcəyə böyük ümid verir.Bu gün Füzulidə aparılan genişmiqyaslı tikinti və quruculuq işləri, sakinlərin öz doğma yurdlarına mərhələli köçü bu inamın ilk işartıları kimi hər birimizə sonsuz fərəh hissi bəxş edir" , - deyə Anar Quliyev vurğulayıb.Komitə sədri bu əlamətdar gün münasibətilə paylaşdığı videoçarxda müasir Füzulinin quruculuq işlərindən bəhs edən kadrları təqdim edib."Böyük Qayıdış" proqramının böyük hədəflərinə uyğun olaraq, Füzuli sürətlə dirçəlir və inkişaf edir. Şəhərdə əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə qabaqcıl şəhərsalma standartlarına uyğun yaşayış məhəllələri inşa olunur. Yeni yol-nəqliyyat infrastrukturu qurulur, təhsil və səhiyyə ocaqları, mədəniyyət mərkəzləri, idman-əyləncə kompleksləri, park və istirahət zonaları salınır. Şəhər yenidən canlanaraq sakinlərinə daha möhtəşəm bir görkəmdə qucaq açır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "Füzulinin yeni siması göz oxşayır... Və indi o qalıb ki, insanlar burada rahat yaşasınlar".Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də öz növbəsində bu gözəl arzulara qoşularaq, bütün Füzuli sakinlərini əlamətdar gün münasibətilə təbrik edir:"Şəhər Gününüz mübarək, əziz füzulililər!" ,- deyə Anar Quliyev bildirib.

Füzuli şəhərinin yeni görkəmdə
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb