Füzulinin işğaldan azad olunması ilə tarixə düşən 17 oktyabr artıq ölkəmizdə Füzuli Şəhəri Günü kimi qeyd edilir.Lider-Media.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev paylaşım edib.
"Ali Baş Komandanın əbədiləşdirdiyi bu tarix keçmişlə gələcək arasında bir körpü yaradır. Elə bir körpü ki, qəhrəman və tərəqqipərvər xalqımızı daha sıx tellərlə birləşdirir, işıqlı gələcəyə böyük ümid verir.Bu gün Füzulidə aparılan genişmiqyaslı tikinti və quruculuq işləri, sakinlərin öz doğma yurdlarına mərhələli köçü bu inamın ilk işartıları kimi hər birimizə sonsuz fərəh hissi bəxş edir" , - deyə Anar Quliyev vurğulayıb.Komitə sədri bu əlamətdar gün münasibətilə paylaşdığı videoçarxda müasir Füzulinin quruculuq işlərindən bəhs edən kadrları təqdim edib.
"Böyük Qayıdış" proqramının böyük hədəflərinə uyğun olaraq, Füzuli sürətlə dirçəlir və inkişaf edir. Şəhərdə əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə qabaqcıl şəhərsalma standartlarına uyğun yaşayış məhəllələri inşa olunur. Yeni yol-nəqliyyat infrastrukturu qurulur, təhsil və səhiyyə ocaqları, mədəniyyət mərkəzləri, idman-əyləncə kompleksləri, park və istirahət zonaları salınır. Şəhər yenidən canlanaraq sakinlərinə daha möhtəşəm bir görkəmdə qucaq açır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "Füzulinin yeni siması göz oxşayır... Və indi o qalıb ki, insanlar burada rahat yaşasınlar".Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də öz növbəsində bu gözəl arzulara qoşularaq, bütün Füzuli sakinlərini əlamətdar gün münasibətilə təbrik edir:
"Şəhər Gününüz mübarək, əziz füzulililər!" ,- deyə Anar Quliyev bildirib.

Füzuli şəhərinin yeni görkəmdə görüntüləri
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?