lider-media.az

Əsas kapitala yönəldilmiş investisiyalar

Baxış: 714 Tarix: 12-10-2024, 08:58

Dövlət Statistika Komitəsinə istinadən Lider-Media.az xəbər verir ki, 2024-cü ilin yanvar-avqust aylarında əsas kapitala 11216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 5587,0 milyon manatı və ya 49,8 faizi məhsul istehsalı sahələrinə, 4287,3 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1342,6 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 9315,8 milyon manatını və ya 83,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 8090,5 milyon manatı və ya 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi