lider-media.az

Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edilib

Baxış: 322 Tarix: 26-02-2024, 15:20

Ukraynanın “Kyiv Diplomatic” saytında soydaşımız, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru professor Arif Quliyevin Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, “Təqvimdə unudulmaz qara gün: Xocalı soyqırımının 32-ci ili” sərlövhəli məqalədə müəllif erməni ekstremistləri və millətçilərinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının ən dəhşətli kütləvi terror aktı kimi tarixə düşdüyünü yazıb. Bildirilir ki, 32 il keçməsinə baxmayaraq, Xocalı şəhərində erməni qəsbkarlarının törətdiyi qırğınların ağrısı sakitləşməyib.

Məqalədə Xocalı soyqırımının müxtəlif ölkələr, beynəlxalq təşkilatlar tərəfindən tanındığı diqqətə çatdırılıb.

Müəllif qeyd edir ki, insanlığa və bəşəriyyətə qarşı törətdiyi cinayətə görə Ermənistana qarşı indiyədək heç bir sanksiya tətbiq edilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi