lider-media.az

Sahibə Qafarova Tacikistanda

Baxış: 411 Tarix: 10-10-2024, 14:49

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-da Tacikistan Respublikasına işgüzar səfərə gedib.

Lider-Media.az xəbər verir ki, Düşənbə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mavsuma Muini, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Düşənbədə keçirilən “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında çıxışı və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi