lider-media.az

Bəhruz Quliyev: “Süni intelekt əsaslı layihələrin tətbiqi prioritet məsələlərdəndir”

Tarix: 7-10-2024, 11:52

 
"Gömrük nəzarəti, rəsmiləşdirilməsi prosedurlarının tam avtomallaşdırılmasına nail olunub. Yeni çağırışlara cavab olaraq gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intelekt əsaslı layihələrin tətbiqi prioritet məsələlərdən biridir". 

Lider-media.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) birinci müavini Bəhruz Quliyev "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib. 

Onun sözlərinə görə, ixracın təşviqi çərçivəsində qeyri-neft ixracının stimullaşdırılması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib və yaxın günlərdə bu haqda məlumat veriləcək.

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə keçirilən forumda idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanlar, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə ediləcək. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi