lider-media.az

Orxan Məmmədov: “2018-2022-ci illərdə KOB-ların sayı 60 faizdən çox artıb”

Tarix: 7-10-2024, 11:49

 

Ticarət sektoru həm kəmiyyət, həm də həcm baxımından KOB subyektlərinin geniş təmsil olunduğu sahədir. Təkcə KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin 30 faizi ticarət sahəsində fəaliyyət göstərən sahibkarların payına düşür. 

Lider-media.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib. 

Onun sözlərinə görə, kəmiyyət subyektinə gəldikdə isə fəaliyyət göstərən KOB subyektlərinin demək olar ki, 3-dən 1 hissəsi ticarət və onunla əlaqəli sektorda çalışırlar. Yeni KOB meyyarların tətbiq edildiyi 2018-ci ildən ötən dövrdə sözügedən sahədə KOB-ların iştirakında dinamiklik müşahidə olunur. Belə ki, 2018-2022-ci illərdə KOB-ların sayı 60 faizdən çox artıb. Digər tərəfdən istənilən biznes təşəbbüsünün məqsədi istehsal olunan mal və xidmətlərin reallaşdırılması, satışın həyata keçirilməsidir. Bu baxımdan da ticarətin inkişafı təkcə bu sektorda fəaliyyət göstərən bizneslərin deyil, ümumiyyətlə bütün sahibkarlıq subyeklərinin fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi üçün baza amilidir: 

“Ticarət həmçinin KOB-ların qlobal dəyər zəncirinə inteqrasiyasına və xarici valyuta daxilolmalarının artırılmalarına xidmət göstərir. Ötən ilin nəticələrinə nəzər yetirsək görərik ki, KOB-ların qeyri-neft ixracındakı payı 28 faiz olmuşdur”. 

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə keçirilən forumda idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanlar, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə ediləcək. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi