lider-media.az

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri davam etdirirlir

Tarix: 24-02-2024, 18:18

Cari ilin 23 fevral tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Gənclər Fondu və Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan Milli Nümayəndəliyinin (ELSA Azərbaycan) təşkilatçılığı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında “Antikorrupsiya sahəsində Hüquq Akademiyası” adlı təlimə start verilmişdir.

Üç gün davam etməsi nəzərdə tutulmaqla Vəkillər Kollegiyası və Gənclər Fondunun səlahiyyətli nümayəndələri, o cümlədən, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Polis Akademiyası və Milli Aviasiya Akademiyası kimi ali təhsil müəssisələrinin Hüquq fakültələrinin müəllim və tələbə heyətinin dinləyici, müvafiq sahədə zəruri bilik və təcrübəyə malik prokurorluq əməkdaşlarının təlimçi qismində iştirak etdiyi tədbirin başlıca məqsədi korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və digər əlaqəli hüquqpozmalara qarşı mübarizə sahəsi üzrə ölkəmizdə görülmüş işlərə dair gənclərin maarifləndirilməsi, habelə, qeyd edilən sferalarda aparılan mübarizə tədbirlərinin həyata keçirilməsi prosesində gənc nəslin iştirakının təmin edilməsi ilə bağlı onların həvəsləndirilməsi olmuşdur.

Qarşılıqlı müzakirələr formatında baş tutmuş tədbirin ilk günündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təcrübəli əməkdaşları tərəfindən “Korrupsiyanın yaranma tarixi və təzahür formaları”, “Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq mexanizmlər” və “Özəl və dövlət sektorunda korrupsiya” mövzuları üzrə mühazirələr oxunmuş, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş effektiv islahatlara dair çıxışlar həyata keçirilməklə ətraflı məlumat verilmiş, habelə, dinləyicilər tərəfindən verilmiş suallar təlimçilər tərəfindən cavablandırılmışdır.

Təlimin davamında gənc hüquqşünaslar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binası və fəaliyyəti ilə tanış olmuşlar, habelə, onlara qurumun struktur və funksiyaları barədə ətraflı məlumat verilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi