lider-media.az

Yeddinci çağırış Milli Məclisin sədri seçilib

Baxış: 893 Tarix: 23-09-2024, 12:29

 

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

Lider-media.az xəbər verir ki, iclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib. Gündəliyə əsasən Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.

Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi