lider-media.az

Azərbaycan gimnastları Portuqaliyada 3-cü qızıl medalı əldə edib

Baxış: 545 Tarix: 21-09-2024, 23:29

Azərbaycan gimnastları Raziyə Seyidli və Ağasif Rəhimov da Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələyib.

Bu Portuqaliyadakı turnirdə çıxış edən Azərbaycan gimnastlarının ümumilikdə 3-cü qızıl medalı olub. Buna qədər kişi cütlük Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.

Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi