lider-media.az

İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair görüş keçirilib

Baxış: 403 Tarix: 22-02-2024, 11:17

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məşğulluq imkanlarına dair məlumatlandırılması məqsədilə tədbir təşkil edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Təbirdə işğaldan azad olunnmuş ərazilərdə fəaliyyət göstərən işəgötürən və işçilər arasında münasibətlərin tənzimlənməsi, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün qanunvericilikdə nəzərdə tutulan güzəştlər, əməyin birgə maliyyələşdirilməsi qaydaları, peşə kursları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi