lider-media.az

KOBİA və Bilişim Vadisi Bakı “Gənc startap” sahibkarlıq təlimlərinə başlayıb

Baxış: 378 Tarix: 15-02-2024, 12:54

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində “Gənc startap” sahibkarlıq təlimlərinə müraciətlərin qəbulu elan edilir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimlərdə 18-30 yaş arasında olan, öz ideyasını reallaşdırmaqla startapını yaratmaq istəyən gənclər iştirak edə bilərlər. Təlimlər onlayn və oflayn formatda olmaqla iki mərhələdə həyata keçiriləcək. Onlayn mərhələdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular tədris olunacaq. Oflayn mərhələdə isə onlayn təlimlərə qatılmış gənclər üçün nəzəri biliklərin real mühitdə tətbiqinə dair dərslər keçiriləcək.

Ümumilikdə 3 həftə davam edəcək təlimlər Türkiyənin Bilişim Vadisinin İnkubasiya Mərkəzinin mentoru tərəfindən həyata keçiriləcək.

Təlimlərdə iştirak etmək istəyən gənclər fevralın 23-ü saat 18.00-dək https://bit.ly/3wiuVjU linkində qeydiyyatdan keçməklə müraciət edə bilərlər. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.

Qeyd edək ki, təlimlər KOBİA və Bilişim Vadisi Bakı arasında ötən il imzalanmış əməkdaşlığa dair Niyyət Protokolu çərçivəsində keçirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi