lider-media.az

Zelenski ordu briqadalarının silahlandırılmasının mümkünsüzlüyündən şikayətlənib

Baxış: 278 Tarix: 15-09-2024, 22:37

 
Ukrayna prezidenti Volodimir Zelenski CNN ilə söhbətində Qərb ölkələrinin silah tədarükünün yavaş olmasından şikayətlənib.

Lider-media.az xəbər verir ki, Ukrayna prezidenti ABŞ-dan böyük yardım paketi və Avropadan ləvazimatlar qəbul etdikdən sonra Kiyevin niyə kifayət qədər silaha malik olmadığı sualına cavab verərək, bunun “çox müxtəlif səbəbləri” olduğunu deyib.

“Əvvəla, hər şey çox yavaş gedir. İkincisi, hazır olmaq üçün bizə 14 briqada lazımdır”, - deyə o əlavə edib ki, hazırda Ukrayna hətta dörd briqadanı belə təchiz etməyib.

Bundan başqa, onun sözlərinə görə, səkkiz aylıq fasilədə ABŞ Konqresi Ukraynaya yardımla bağlı qərar qəbul edə bilməyəndə bütün ehtiyatlarından istifadə edib. “Ehtiyatda olanları, anbarlarda və ya ehtiyat briqadalarda olanları indi ehtiyacımıza köçürdük. Onlarda olan bütün silahları götürdük”, - deyə Zelenski yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi