lider-media.az

İdmançılarımız daha 3 medal qazandı

Baxış: 498 Tarix: 13-09-2024, 23:36

 

Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk günündə 1 gümüş, 2 bürünc medal qazanıblar.


Lider-media.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov final görüşündə məğlub olmaqla gümüş medalla kifayətlənib.


Eyni çəkidə tatami üzərində çıxan Turan Bayramovun qazancı isə bürünc medal olub. 66 kq çəkidə qüvvəsini sınayan Ruslan Paşayev də fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, sentyabrın 13-dən 15-dək keçiriləcək Qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi