lider-media.az

Polşa Ukraynanı müdafiə etmək istəmədiyini açıqladı

Baxış: 262 Tarix: 12-09-2024, 12:47

 

“Varşavanın indi Ukraynanı müdafiə etmək arzusu yoxdur, lakin cəbhə dağılmağa başlasa, vəziyyət dəyişə bilər”. 


Lider-media.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. 
“Ukrayna tərəfi nəzarəti bir qədər itirərsə, Varşava Kiyevə kömək edə bilərmi?” sualına cavab olaraq polşalı diplomat qeyd edib ki, indiki mərhələdə buna faktiki olaraq heç bir hazırlıq yoxdur.
"Bilirsiniz, biz indi Rusiya qanadlı raketlərinin Ukrayna ərazisinə daxil olmadan bizim hava məkanımızdan vurulub-vurulmayacağını müzakirə edirik. Hətta hazırki mərhələdə bu olduqca mübahisəlidir. Qeyd edim ki, məsələ ilə bağlı heç bir razılaşma yoxdur, çünki bu, müharibəyə girmək deməkdir” deyə o, bildirib.
Sikorski, həmçinin Polşada ukraynalı əsgərlərə təlim keçmək imkanını da istisna etməyib. Eyni zamanda, o, əlavə edib ki, Polşa əsgərlərinin Ukrayna daxilində yerləşdirilməsi mümkün deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi