lider-media.az

Azərbaycan parataekvondoçuları Prezident Kubokunda iştirak edəcəklər

Baxış: 378 Tarix: 19-02-2024, 11:28




Azərbaycan parataekvondoçuları İranın paytaxtı Tehranda keçiriləcək Dünya Taekvondosunun Prezidentinin Kubokunda iştirak edəcəklər.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram), Əbülfəz Abuzərli (80 kiloqram) və Şahmar Quliyev (+80 kiloqram) mübarizə aparacaqlar.

Yığma üzvlərinin hər biri K-44 kateqoriyasında qüvvələrini sınayacaqlar.

Yarışa fevralın 20-də start veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi