lider-media.az

Milli Məclisdə təmir işləri aparılacaq

Baxış: 285 Tarix: 28-08-2024, 17:41

 

Milli Məclisdə təmir işlərinə başlanılır.

Lider-media.az xəbər verir ki, Milli Məclis bununla bağlı dəyəri 186 min manatdan çox olan iki tender keçirib.


Milli Məclisin inzibati binalarında, həyətyanı sahəsində və avtoparkında cari təmir işləri, santexnika mal-materiallarının, fəvvarələr üçün avadanlığın ehtiyat hissələrinin, hovuz üçün kimyəvi məhlulların, sənaye kondisionerləri və ventilyasiya sistemləri üçün ötürücü kəmərlərin, fankoyllar üçün ehtiyat hissələrinin, qazanxana və nasosxanalarda istifadə olunacaq avadanlıqların və ehtiyat hissələrinin satın alınması üzrə hər iki tenderin qalibi “Atlantis Construction Group” MMC olub.

Avqustun 27-də sözügedən şirkətlə 121,6 min manat və 64,5 min manat olmaqla, ümumilikdə 186,1 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi