lider-media.az

Dünya çempionatında iştirak edən milli komandamız 3 medal qazanıb

Baxış: 559 Tarix: 21-08-2024, 22:54

Azərbaycanın güləş millisi dünya üçüncüsü olub

İordaniyanın Əmman şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Lider-media.az xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən milli komandamız 3 medal qazanıb.

Turan Daşdəmirov (51 kiloqram) və Ayxan Cavadov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kiloqram) isə bürünc mükafat əldə edib.

Yekunda 105 xal toplayan Azərbaycan yığması komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi