lider-media.az

Azərbaycanın iki güləşçisi dünya çempionatında qızıl medal qazanıb

Baxış: 159 Tarix: 21-08-2024, 21:36

Azərbaycanın iki güləşçisi dünya çempionatında qızıl medal qazanıb

Azərbaycanın iki güləşçisi İordaniyanın Əmman şəhərində 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

Lider-media.az xəbər verir ki, Turan Daşdəmirov (51 kiloqram) finalda qırğızıstanlı Kutman Kalbayevə 5:3 hesabı ilə qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə apardığı 2 il ərzində maksimum nəticəyə imza ataraq ikiqat Avropa və ikiqat dünya çempionu ünvanına sahib çıxıb. O, həm də 2022-ci ildə U-15 Avropa çempionatının qalibi olub.

Ayxan Cavadov (60 kiloqram) isə finalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavadov bu il qitə birinciliyində də baş mükafata sahib çıxmışdı.

Beləliklə, yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-17 dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.

Xatırladaq ki, ötən gün Əmrah Əmrahov (48 kiloqram) dünya üçüncüsü olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi